Los-Anceles derbisini "Leykers" qazandı
"Los-Anceles Leykers" “Emirates NBA Cup”da qələbə ilə qrupdan çıxdı.
90plus.az xəbər verir ki, “Emirates NBA Cup”da “Los-Anceles Leykers” öz meydanında “Los-Anceles Klippers” üzərində 135–118 hesablı qələbə qazanıb.
“Leykers”də Luka Donçiç 43 xal, 13 asist və 9 ribaundla oyunun ən məhsuldar basketbolçusu olub. Ostin Rivz 31 xal, 9 ribaund, Lebron Ceyms isə 25 xal ilə komandanın qələbəsinə mühüm töhfə verib. Rui Hachimura da görüşü 13 xalla başa vurub.
“Klippers”də Ceyms Harden 29 xal, 9 asistlə ön plana çıxıb. Kavai Leonard və Kris Dann hərəyə 19, Con Kollins isə 18 xal əldə edib.
Bu nəticə ilə “Los-Anceles Leykers” turnirdə 3 oyundan 3-ünü də qazanaraq qrup mərhələsini lider kimi başa vurub.
© Copyright 2026, All Rights Reserved