“Los Anceles Leykers” Rivsin 51 xalı ilə qalib gəldi
Amerika Basketbol Liqasında (NBA) “Los Anceles Leykers”, “Sakramento Kinqs” üzərində 127:120 hesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, “Leykers” ulduz oyunçuları LeBron Ceyms və Luka Donçiçin zədə səbəbilə oynamadığı qarşılaşmada, Austin Rivsin möhtəşəm çıxışı sayəsində səfərdə qalib gəlib. Rivs oyunu 51 xal, 11 ribaund və 9 asistlə tamamlayaraq qələbənin əsas memarı olub.
İkinci qələbəsini qazanan qonaq komandanın heyətində Deandre Ayton 22 xal, 15 ribaund, Rui Haçimura isə 18 xal əldə edib.
Mövsümdə ikinci məğlubiyyətini yaşayan “Kinqs”də Zach LaVine 32 xal, 4 ribaund, Dennis Şröder 18 xal, 12 asist, Domantas Sabonis isə 10 xal və 14 ribaundla fərqlənib.
“San Antonio Spörs” doğma meydanda “Bruklin Nets”i 118:107 hesabı ilə məğlub edərək mövsümdə ardıcıl üçüncü qələbəsini qazanıb.
“Spörs”də Viktor Vembanyama 31 xal, 14 ribaund və 6 blok, Dylan Harper isə 20 xal, 6 ribaund və 8 asistlə komandasının qələbəsində pay sahibi olublar.
Üçüncü oyunundan da məğlub ayrılan “Nets”də Cam Thomas 40, Michael Porter Jr isə 16 xal toplayıb.
© Copyright 2025, All Rights Reserved