“Los-Anceles Leykers”dən möhtəşəm qələbə: Donçiçdən “triple-double”
NBA-də “Los-Anceles Leykers” Luka Donçiçin parlaq çıxışı ilə “Vaşinqton Uizards” üzərində səfərdə inamlı qələbə qazanıb. “Leykers” Capital One Arena-da keçirilən oyunda rəqibini 142–111 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki,qarşılaşmaya damğa vuran Luka Donçiç ilk yarıda “triple-double” edərək oyunu 37 xal, 13 məhsuldar ötürmə və 11 ribaundla başa vurub. Sloveniya əsilli ulduz basketbolçu komandasının əsas qəhrəmanı olub.
“Los-Anceles Leykers”in heyətində Deandre Ayton 28 xal və 13 ribaund, LeBron Ceyms isə 20 xalla yadda qalıb.
“Vaşinqton Uizards”də Malaki Branhem 17 xal, Aleks Sarr 16 xal, Bab Kerrinqton və Kişon Corc isə hərəyə 15 xalla çıxış ediblər.
“Detroyt Pistons” səfərdə qalib gəldi
Şərq Konfransının lideri “Detroyt Pistons” səfərdə “Qolden Steyt Uorriors”u 131–124 hesabı ilə məğlub edib.
Qonaq komandanın heyətində Keyd Kanninqem 29 xal və 11 məhsuldar ötürmə, Ceylen Düren isə 21 xal və 13 ribaundla qələbənin əsas memarları olublar. Tobias Harris və Dankan Robinson hərəyə 15 xal toplayıb.
“Qolden Steyt Uorriors”də Stiven Karri sağ dizindəki ağrılara baxmayaraq 23 xal yığsa da, bu nəticə komandasını məğlubiyyətdən xilas etməyib. De’Entoni Melton 18, Gui Santos 16, Dreymond Qrin isə 15 xalla oyunu başa vurub.
Qeyd: “Pistons”un ilk yarıda topladığı 77 xal bu mövsüm “Uorriors”un bir hissədə buraxdığı ən yüksək xal göstəricisi olub. “Qolden Steyt”in 18 top itkisi “Detroyt”ə 31 xal qazandırıb.
© Copyright 2026, All Rights Reserved