“Los Angeles” FK Sona rekord məbləğ ödəyəcək

“Los Angeles” klubu transfer rekordunu qırmağa hazırlaşır.
90plus.az xəbər verir ki, klub “Tottenhem”in cənubi koreyalı ulduzu Son Hın-minin transferi üçün 27 milyon dollar ödəməklə MLS tarixinin ən bahalı keçidini reallaşdıracaq. Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Bundan əvvəl rekord “Atalanta Yunayted”ə məxsus idi – klub Emmanuel Latte Lat üçün 22 milyon dollar ödəmişdi.
33 yaşlı Son Hın-min “Tottenhem”də 10 il keçirdikdən sonra klubdan ayrıldığını rəsmən açıqlayıb. Hazırda Los-Ancelesə tibbi müayinədən keçmək üçün yollanan futbolçunun yaxın günlərdə təqdimatı gözlənilir.
Son İngiltərə klubunda ümumilikdə 451 oyuna çıxaraq 172 qol vurub. O, hazırda MLS-də 6-cı pillədə qərarlaşan və pley-offa vəsiqə qazanmaq üçün mübarizə aparan “LAFC” klubuna qoşulur. Komandaya baş məşqçilik edən Stiv Çerundolo isə mövsümün sonunda postunu tərk edəcək.
Sonun transferi komandaya yeni qoşulan Rayan Portyusla birlikdə “LAFC”in ambisiyalarını gücləndirəcək. Klub eyni zamanda Los-Ancelesdəki böyük koreyalı icması sayəsində bu transferdən ciddi kommersiya gəliri də gözləyir.
© Copyright 2025, All Rights Reserved