Luçeskunun yerinə o gələcək
Rumıniya millisinin baş məşqçi postuna gətirilməsi gözlənilən əfsanəvi futbolçu Georghe Hagi ilə bağlı müqavilə detalları məlum olub.
90plus.az xəbər verir ki, Rumıniya mətbuatının yaydığı məlumata görə, Hagi millinin sabiq baş məşqçisi Mircea Luçesku ilə eyni maaşı alacaq. Tərəflər aylıq 27 min avro üzərində razılığa gəliblər ki, bu da illik 324 min avro deməkdir.
Bununla yanaşı, 61 yaşlı mütəxəssisin müqaviləsində müxtəlif bonus maddələri də yer alıb. Belə ki, Rumıniya yığması AVRO-2028-ə vəsiqə qazanacağı təqdirdə, Haci əlavə olaraq 300 min avro mükafat əldə edəcək.
Eyni zamanda, milli komanda 2030 Dünya Çempionatına qatılarsa, təcrübəli mütəxəssis daha 500 min avro bonus qazanmaq hüququ əldə edəcək.
© Copyright 2026, All Rights Reserved