Luis Dias “Bayern” üçün söz verdi!

Luis Dias: “Düzgün komandaya qoşuldum, xoşbəxtəm”.
90plus.az xəbər verir ki, “Bayern Münhen”in yeni transferi Luis Dias Almaniya karyerasına parlaq start verib. Yayda “Liverpul”dan ayrılaraq Bundesliqa nəhənginə qoşulan kolumbiyalı cinah oyunçusu cəmi 4 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Kolumbiya yığmasının düşərgəsində jurnalistlər qarşısına çıxan 28 yaşlı futbolçu Münhendəki həyatından razı olduğunu bildirib:
Luis Dias: “Böyük klubda oynamaq həmişə xüsusidir və “Bayern Münhen” böyük klublardan biridir. Mən çox xoşbəxtəm. Düzgün komandaya qoşuldum. Hər iki ayağımı yerə basaraq çox işləməyə davam edəcəyəm və gələcəyimə diqqət yetirəcəyəm” (🔗 Fabrizio Romano).
Dias yeni komandasının daxili atmosferini də yüksək qiymətləndirib və bunun sayəsində uyğunlaşmanın çox sürətli keçdiyini deyib.
Bundan əlavə, futbolçu millidə də formadadır – Kolumbiyanın Boliviyaya qarşı 3:0 hesablı qələbəsində start heyətində meydana çıxan cinah oyunçusu məhsuldar ötürmə ilə yadda qalıb.
Kolumbiyalının çıxışları göstərir ki, həm “Bayern Münhen”, həm də yığma qarşıdakı aylarda ondan böyük fayda görəcək.
© Copyright 2025, All Rights Reserved