Luis Dias Salahdan danışdı
Luis Dias Mo Salah barədə danışıb.
90plus.az xəbər verir ki, “Liverpul”un vingeri Luis Dias komanda yoldaşı Mo Salah haqqında səmimi fikirlərini bölüşüb. Kolumbiyalı futbolçu Salahın kluba uyğunlaşmasında böyük rol oynadığını vurğulayıb:
🗣 “O, məni ilk qarşılayan insanlardan biri idi və bunu inanılmaz bir şəkildə etdi. Yanıma gəldi və dedi: ‘Nə vaxt köməyə ehtiyacın olsa, buradayam.’”
Dias Salahla birlikdə yaşadığı uğurun onun üçün xüsusi olduğunu da qeyd edib:
“Onunla birlikdə Premyer Liqa kubokunu qaldırmaq, nə qədər xoşbəxt olduğunu, bundan necə zövq aldığını görmək inanılmaz bir hiss idi”.
26 yaşlı futbolçu misirli ulduzun həm meydanda, həm də meydandan kənarda nümunə olduğunu bildirib:
“O, hər zaman daha yaxşı futbolçu, daha yaxşı insan olmaq istəyir və mənim üzərimdə dərin bir iz buraxıb”. 🌟
🔗: BBC Sport
Həmçinin oxu:
https://90plus.az/mohamed-salah-bu-gec-meydana-cxacaq/xeber/
© Copyright 2025, All Rights Reserved