Luis Suares MLS-də qaldı! RƏSMİ!
Rəsmi: Luis Suares “İnter Mayami” ilə müqaviləsini uzadıb.
90plus.az xəbər verir ki, uruqvaylı hücumçu Luis Suares karyerasını ABŞ-da davam etdirəcək. “İnter Mayami” klubu 38 yaşlı futbolçu ilə müqavilənin uzadıldığını rəsmən açıqlayıb.
Bildirilib ki, MLS Kubokunu qazandıqdan sonra yeni sözləşməyə imza atan Suaresin müqaviləsi növbəti mövsümün sonuna qədər qüvvədə olacaq.
Qeyd: Uruqvaylı forvard final matçında meydana çıxmaması səbəbindən gələcəyi ilə bağlı söz-söhbətlərə yol açmışdı. Lakin bütün bu iddialara baxmayaraq, tərəflər əməkdaşlığı davam etdirmək qərarına gəlib.
ℹ️ Cari mövsümü kifayət qədər məhsuldar keçirən Suares bütün turnirlərdə 50 oyunda 17 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandada qalmasında yaxın dostu Lionel Messinin də mühüm rolu olduğu vurğulanır. Futbolçu Uruqvaya qayıtmaqla bağlı təkliflər alsa da, “çəhrayılar”la yoluna davam etməyi seçib.
Xatırlatma: Suares “İnter Mayami”yə 2024-cü ildə Braziliyanın “Qremio” klubundan transfer olunmuşdu. O, iki mövsüm ərzində Messi ilə birgə çıxış etdiyi dövrdə ümumilikdə 42 qol vurub.
ƏLAVƏ: Klub həmçinin yaxın günlərdə ispan sol cinah müdafiəçisi Serxio Reqilonun transferini də açıqlayıb. “İnter Mayami” rəhbərliyi Suaresin müqavilə uzadılmasından sonra onun təcrübə və liderlik keyfiyyətlərini xüsusi qeyd edərək, hücumçunun Şərq Konfransının çempionluğu və MLS Kubokunun qazanılmasında əsas fiqurlardan biri olduğunu bildirib.
© Copyright 2025, All Rights Reserved