Luis Suarez qanalı jurnalistin sualına sərt cavab verdi
Luis Suárez 2010 Dünya Kubokundakı məşhur qolla bağlı sərt açıqlama verib.
90plus.az xəbər verir ki, uruguaylı hücumçu Luis Suárez 2010 Dünya Kubokunda Qanaya əllə vurduğu məşhur qolu ilə bağlı suallara sərt cavab verib.
Qanadan olan jurnalist ona müraciət edərək, “2010-cu ildəki əlllə vurduğunuz qol sonrası Qanada siz şeytan kimi qəbul edilirsiniz” deyəndə, Suárez belə cavab verib:
“Mən üzr istəməyə ehtiyac duymuram. Əgər bir futbolçunu incitsəydim üzr istərdim. Mən əlimi işlətmişəm, qırmızı vərəqə almışam, amma penaltini mən qaçırmamışam ki.”
O əlavə edib: “Mən Qananın qol vurmasına mane olmadım. Əlimi işlətmişəm, qırmızı vərəqə almışam, amma onlar hələ də penaltiyə sahib idilər və qalib gəlmək şansları var idi. Mən öz işimi görmüşəm.”
Suárezin bu açıqlaması 2010-cu ilin çempionatında yaşanan dramatik hadisəni yenidən gündəmə gətirib və futbolsevərlər arasında müzakirələri canlandırıb.
© Copyright 2026, All Rights Reserved