Luiz Enrike qəza keçirdi - SON DURUMU

90plus.az xəbər verir ki, Fransa təmsilçisi PSJ-nin ispan baş məşqçisi Luis Enrike velosiped qəzası keçirib. Klubdan verilən rəsmi açıqlamaya görə, Enrikenin körpücük sümüyü qırılıb və o, yaxın günlərdə əməliyyat olunacaq.
“Keçirdiyi velosiped qəzasından sonra ‘Pari Sen-Jermen’in baş məşqçisi Luis Enrike təcili yardımla xəstəxanaya yerləşdirilib və körpücük sümüyündəki sınıq səbəbilə əməliyyat ediləcək. Klub ona tam dəstək verir və tezliklə sağalmasını arzulayır. Əlavə məlumat yaxın zamanda paylaşılacaq”, – deyə klubun açıqlamasında bildirilir.
Xatırlatma: Luis Enrike ötən mövsüm PSJ-nin sükanı arxasında UEFA Çempionlar Liqasını qazanaraq böyük uğura imza atmışdı.
© Copyright 2025, All Rights Reserved