Luka Modriç: “Gəlməsini istəmədiyim o an yetişdi”

Luka Modriç “Real Madrid” azarkeşlərinə məktub yazıb.
90plus.az 39 yaşlı kapitanın ürək sözlərini təqdim edir:
“Hörmətli Madrid azarkeşləri,
Vaxt yetişdi. Heç vaxt gəlməsini istəmədiyim o an, amma bu futboldur və həyatda hər şeyin başlanğıcı və sonu var... Şənbə günü Santiago Bernabeu-da son matçımı keçirəcəyəm.
2012-ci ildə dünyanın ən yaxşı komandasının formasını geyinmək arzusu ilə və böyük işlər görmək həvəsi ilə gəlmişdim, amma bundan sonra nə olacağını təsəvvür edə bilmirdim.
“Real Madrid”də oynamaq mənim bir futbolçu və bir insan kimi həyatımı dəyişdi.
Tarixin ən yaxşı klubunun ən uğurlu dövrlərindən birinin parçası olduğum üçün qürur duyuram.
Kluba, xüsusən də prezident Florentino Peresə, komanda yoldaşlarıma, məşqçilərimə və bütün bu müddət ərzində mənə kömək edən bütün insanlara ürəkdən təşəkkür etmək istəyirəm.
Bu illər ərzində Bernabeuda inanılmaz anlar, qeyri-mümkün kimi görünən geri dönüşlər, finallar, partilər və sehrli gecələr yaşadım... Biz hər şeyi qazandıq və mən çox xoşbəxt idim. Çox çox xoşbəxtəm.
Amma titullardan və qələbələrdən başqa bütün Madrid azarkeşlərinin sevgisini ürəyimdə daşıyıram. Sizinlə olan xüsusi əlaqəmi və necə dəstəkləndiyimi, hörmət və sevgini hiss etdiyimi necə izah edim, həqiqətən bilmirəm. Mənə göstərdiyiniz hər alqış və sevgi jestlərini heç vaxt unutmayacağam.
Baxmayaraq ki, Klublararası Dünya Çempionatından sonra bu formanı daha meydanda geyinməyəcəyəm, mən həmişə Madrid azarkeşi olacağam.
Hala Madrid - daha artığı yoxdur!”.
© Copyright 2025, All Rights Reserved