Luka Modriç “Milan”a qələbə qazandırdı
“Milan” səfərdə “Piza”nı məğlub etdi – Modriçdən qələbə qolu gəldi.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 24-cü turunda “Piza” doğma meydanda “Milan”ı qəbul edib. Gərgin keçən qarşılaşma Milan təmsilçisinin qələbəsi ilə başa çatıb.
Oyunda son sözü təcrübəli yarımmüdafiəçi Luka Modriç deyib. Xorvatiyalı futbolçu 85-ci dəqiqədə fərqlənərək komandasına vacib 3 xalı qazandırıb.
40 yaşlı Modriç bir daha lider keyfiyyətlərini nümayiş etdirib. O, yalnız qələbə qolunun müəllifi olmayıb, həm də oyunun tempinə nəzarət edən əsas fiqurlardan biri kimi çıxış edib:
Piza 1 - 2 Milan
Loftus-Cheek 39’
F. Loyola 71’
L. Modriç 85’
Qollar:
https://t.me/doxsanplus/114399
https://t.me/doxsanplus/114407
Statistik göstərici də diqqət çəkir: Modriç ardıcıl 24 təqvim ili ərzində qol vurmağı bacarıb. Bu isə onun sabitliyinin və yüksək səviyyədə uzunömürlülüyünün bariz göstəricisidir.
“Milan” bu qələbə sayəsində turnir cədvəlinin 2-ci sırasında möhkəmlənib.
© Copyright 2026, All Rights Reserved