Luka Modriç “Real”da qalmaq istəyir

Luka Modriç daha 1 il "Real Madrid"də qalmaq istəyir.
90plus.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi növbəti mövsümü "Los Blancos"da keçirib DÇ-2026-ya yollanmaq, daha sonra isə top-səviyyədə futbolla vidalaşmaq niyyətindədir.
Modriç "Real Madrid"in yeni müqavilə şərtlərini qəbul etməyə hazırdır, amma hələlik klubdan cavab almayıb. Xorvatiyalı futbolçu ilə bağlı yekun qərar onun Florentino Perez ilə görüşündən sonra qəbul ediləcək.
Qeyd: "Real"ın 39 yaşlı kapitana ta 2012-ci ildən bu komandanın uğurlrı üçün çalışır.
📰: Marca
© Copyright 2025, All Rights Reserved