Lukaku “Man Yunayted”ə könülsüz gedib

Romelu Lukaku 2017-ci ildə “Mançester Yunayted”ə keçidi ilə bağlı maraqlı açıqlama verib.
90plus.az xəbər verir ki, belçikalı hücumçu etiraf edib ki, əslində “Çelsi”yə keçmək istəyirmiş və “Mançester Yunayted”ə transferi onun planlarında olmayıb.
“Artıq hamıya demişdim: ‘Mən “Çelsi”yə gedirəm’. Amma qəfil Mourinyo mənə zəng edib dedi ki, “Mançester Yunayted” təklif göndərib,” – Lukaku bildirib.
“Tətildən qayıtdım və qəfil “Everton”la razılıq əldə olunmuşdu. Minoya [Raiola] dedim: ‘Mən bunu istəmirəm’. Sonra qərar verdim ki, artıq hər şeyi özüm həll edəcəm.”
Xatırlatma: Lukaku 2017-ci ildə “Everton”dan “Mançester Yunayted”ə təxminən 75 milyon funt-sterlinq qarşılığında transfer olunmuşdu. İki mövsüm ərzində o, “Mançester Yunayted”in heyətində 96 oyuna çıxıb, 42 qol vurub və 12 məhsuldar ötürmə verib. Lakin onun İngiltərə nəhəngi ilə macərası uğursuz hesab olunur — komanda nə Mourinyo, nə də Ole Qunnar Sulşer dövründə sabit nəticə göstərə bilmişdi.
Lukaku daha sonra “İnter”ə keçdi və ardınca 2021-ci ildə “Çelsi”yə qayıtdı. Hal-hazırda isə o, karyerasını İtaliyanın “Napoli” klubunda davam etdirir. Keçən mövsüm belçikalı hücumçu A Seriyasında 14 qol vuraraq komandanın çempionluğunda mühüm rol oynayıb.
© Copyright 2025, All Rights Reserved