Lukas Podolski karyerasını tamamladı. Yeni dövr başlayır
Lukas Podolski futbolçu karyerasını başa vurdu və klub rəhbərliyinə keçdi.
90plus.az xəbər verir ki, Lukas Podolski peşəkar futbolçu karyerasını rəsmən başa vurduğunu açıqlayıb. 40 yaşlı hücumçu bu qərarı sosial şəbəkə hesabında paylaşdığı mesajla elan edib və futbol dünyasına vida edib.
Podolski son oyun dəqiqələrini Polşanın "Qornil Zabrze" klubunun “Radomyak Radom”la qarşılaşmasında keçirib. Bu matç onun futbolçu kimi son çıxışı olub.
Karyerası ərzində 800-dən çox oyuna çıxan Almaniya millisinin sabiq üzvü ümumilikdə 456 qol və məhsuldar ötürmə ilə yadda qalıb, 9 müxtəlif kubok qazanıb. O, 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olub və milli komandada 49 qolla tarixə düşüb.
Podolski Avropanın bir çox böyük klublarında çıxış edib. Onun karyerasında "Bayern Münhen", "Inter Milan", "Qalatasaray" və "Arsenal" kimi komandalarda çıxışları yer alır.
O, “Arsenal”da 3 mövsüm keçirib, 19 qol vurub və 2014-cü ildə FA Kubokunun qazanılmasında iştirak edib.
Karyerasının son illərini isə doğma klubu sayılan “Qórnik Zabrze”də keçirən Podolski bu komanda ilə həm liderlik edib, həm də Polşa Kubokunu qazanaraq uzun illərdən sonra ilk titul sevincini yaşayıb.
Futbolçu həmçinin klubla əlaqəsini davam etdirəcək. O, artıq “Qórnik Zabrze”nin sahiblik strukturunda yer alaraq klubun rəhbərliyinə keçib və “bir dövr bitir, yeni era başlayır” sözləri ilə futbol dünyasına vida edib.
© Copyright 2026, All Rights Reserved