PSJ-nin yeni qapıçısı: Lukas Şevalye

Rəsmi: Lukas Şevalye “PSJ”də!
90plus.az xəbər verir ki, Fransa Liqa 1 təmsilçisi “Paris Sen-Jermen” “Lill”in qapıçısı Lukas Şevalye ilə müqavilə imzalayıb. Avropa çempionu olan Paris klubu transferi şənbə gecəsi açıqlayıb. Müqavilənin müddəti 2030-cu ilə qədərdir.
Fransız mediasının məlumatına görə, 23 yaşlı qolkiper təxminən 40 milyon avro qarşılığında transfer olunub. Şevalye Canluici Donnarummanın “PSJ” ilə müqaviləsinin bitməsinə bir il qalması fonunda, Luis Enrikenin komandasının əsas qapıçısı olmağa namizəd hesab edilir.
Kaleydə doğulan Şevalye “Lill”in akademiyasının yetirməsidir. O, peşəkar karyerasında “Valensyen”də icarədə oynayıb, 2022/23 mövsümündən etibarən isə “Lill”də əsas heyətin qapıçısı olub. 2024/25 mövsümündə UNFP tərəfindən Liqa 1-in ən yaxşı qapıçısı seçilib.
Lukas Şevalye: “Uşaqlıq arzum gerçəkləşir. Kiçik yaşlarımdan ən yüksək səviyyədə oynamaq istəmişəm. Burada olduğum üçün çox xoşbəxtəm. Bu formanı ehtiras və ambisiya ilə daşıyacağam”.
Nasser Əl-Xelayfi (“PSJ” prezidenti): “Lukas Fransada və Avropada ən yaxşı qapıçılardan biridir. O, kollektiv üzərində qurduğumuz uzunmüddətli layihəmizin əla bir hissəsidir”.
© Copyright 2025, All Rights Reserved