Lukman “Atalanta”dan getmir, ÇL heyətində!

Ademola Lukmanın Türkiyəyə transferi gerçəkləşmədi – "Atalanta" Çempionlar Liqası heyətini açıqladı.
90plus.az xəbər verir ki, “Atalanta”nın ingiltərəli gənc futbolçusu Ademola Lukman üçün Türkiyə klublarına keçid variantı heç vaxt gündəmə gəlməyib.
Futbolçu 2025/26 mövsümü üçün “Atalanta”nın Çempionlar Liqası heyətinə daxil edilib. Transfer pəncərəsinin son 48 saatında isə Almaniya nəhəngi “Bayern Münhen” klubunun “satınalma opsiyonu ilə icarə” təklifini klub nəzərə almayıb.
Bu barədə məlumatı məşhur jurnalist Fabrizio Romano paylaşıb.
Lukman artıq Bergamo klubunda Çempionlar Liqası səhnəsində çıxış etməyə hazırdır və İtaliya komandası onu mövsüm boyu heyətdə saxlamağı planlaşdırır.
© Copyright 2025, All Rights Reserved