“Lukman gördüyüm ən pis penalti vuran oyunçulardandır.

"Atalanta"nın Çempionlar Liqasının pley-off mərhələsində Belçika "Brügge"sinə 1-3 uduzduğu matçda penaltini uğursuz yerinə yetirən Ademola Lukman baş məşqçi Can Piero Qasperini arasında gərginliyi alovlandırdı.
90plus.az xəbər verir ki, zədədən yeni qayıdan Lukman Atalanta 0-3 geridə ikən meydana çıxıb bir neçə saniyə sonra qol vurur. Amma 61-ci dəqiqədə "Atalanta"ya geridpnüç ümidi verə biləcək vacib penaltini qaçırır.
VİDEO: https://t.me/doxsanplus/98209
Hiddətlənən Qasperini oyundan sonra Lukmanı sərt tənqid edir:
“O, penaltini vurmamalıydı. Lukman indiyə qədər gördüyüm ən pis penalti vuran oyunçulardan biridir. Məşqdə faizi çox aşağıdır və o, topa pis zərbə vurur. Retequi və De Keteleare penalti üçün hazır olsalar da, topu onlardan aldı. Etdiyi xoşuma gəlmədi”.
Bu hiddətli açıqlamaya Lukmanın reaksiyası da sərt oldu:
"Məni bu şəkildə ayrı-seçkilik nəinki incidir, həm də dərin hörmətsizlik hiss etdirir, ən azı bu kluba və Berqamonun inanılmaz azarkeşlərinə uğur gətirməyə kömək etmək üçün hər gün verdiyim böyük zəhmət və öhdəliyə görə" ...
Bu son uğursuzluq onların fikir ayrılıqlarını diqqət mərkəzində saxlasa da, Lukman və Qasperini arasında gərginlik keçən yaydan bəri davam edir.
📰: GOAL / ESPN
İndi Ademola Lukman "Atalanta"nın baş məşqçisi Can Piero Qasperini ilə mübahisədən sonra komandanı tərk etməyi planlaşdırır. (📰: Fabrizio Romano).
© Copyright 2025, All Rights Reserved