Lunyovu Türkiyədən istəyən var

"Qarabağ" klubunun keçmiş qapıçısı Andrey Lunyov bir daha Rusiyadan ayrıla bilər.
90plus.az xəbər verir ki, Rusiya KİV-nin məlumatına əsasən, 33 yaşlı qapıçıya Türkiyə çempionatından təklif gəlib.
Təcrübəli qolkiperlə “Qaziantep” maraqlanır. Lunyovun “Dinamo” klubunu tərk edib-etməyəcəyi yaxın günlərdə bəlli olacaq.
Rusiya millisinin heyətində də forma geyinmiş Andrey Lunyov əvvəllər “Torpedo” (Moskva), “Saturn”, “Ufa”, “Zenit” və “Bayer” (Leverkuzen) kimi klublarda çıxış edib.
© Copyright 2025, All Rights Reserved