Luuk de Yonq sakitcə “Portu”da!

Luuk de Yonq səssiz-səmirsiz “Portu”da – təcrübəli hücumçu təqdimat mərasimində sürprizlə ortaya çıxdı.
90plus.az xəbər verir ki, “Portu” klubu azarkeşlərini gözlənilməz şəkildə sevindirib. Portuqaliya təmsilçisi yeni mövsüm öncəsi təqdimat tədbirində heç bir öncədən elan etmədən Luuk de Yonqu meydançaya çıxararaq transferini rəsmən elan edib.
Təcrübəli niderlandlı forvard “Portu” formasında azarkeşlər qarşısına çıxarkən stadionda alqışlar səngiməyib. Hava toplarında və cərimə meydanı daxilində effektivliyi ilə tanınan de Yonqun komandaya yeni hücum dinamikası qatacağı gözlənilir.
Klub hələ ki, transferin maliyyə detalları və müqavilənin müddəti ilə bağlı rəsmi açıqlama yaymayıb. Lakin futbolçunun birbaşa komandaya qoşulması onun 2025/26 mövsümünün startında əsas silahlardan biri olacağına işarədir.
Qeyd: Luuk de Yonq son illərdə həm PSV, həm də “Barselona” kimi klublarda çıxışı ilə diqqət çəkmişdi.
© Copyright 2025, All Rights Reserved