Macar klubundan “Qarabağ”a qarşı böyük SƏHV

“Ferentsvaroş”un səhvi gərginliyə səbəb oldu – Qarabağı Ermənistan klubu kimi təqdim etdilər.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş” rəsmi saytında Ağdam klubunu səhvən Ermənistan təmsilçisi kimi göstərib. Bu ifadə sosial mediada narazılıq yaradıb və təxribat xarakterli kimi qiymətləndirilib.
Macarıstan klubunun paylaşımında “19 avqust Çərşənbə axşamı Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda meydanımızda Ermənistan çempionunu qəbul edəcəyik” cümləsi yer alıb.
Hadisədən sonra “Qarabağ” klubunun mətbuat katibi Anar Hacıyev qarşı tərəfə rəsmi müraciət edərək səhvin aradan qaldırılmasını tələb edib.
Nəticədə “Ermənistan” sözü “Azərbaycan”la əvəzlənib.
Anar Hacıyev məsələyə münasibət bildirərək deyib:
“Bu, onların səhvi idi. Xəbər verdikdən dərhal sonra dəyişiklik etdilər. Eyni zamanda, baş verən hadisəyə görə rəhbərlik səviyyəsində bizdən üzr istədilər.”
© Copyright 2025, All Rights Reserved