Madrid klubunda yeni hücumçu: Raspadori

"Atletiko Madrid" Raspadorini heyətinə qatdı.
90plus.az xəbər verir ki, İspaniyanın "Atletiko Madrid" klubu İtaliyanın "Napoli" komandasında çıxış edən Cakomo Raspadorini transfer edib.
Klubdan verilən məlumata görə, 25 yaşlı italiyalı hücumçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.
İtaliya millisinin heyətində 2020 Avropa çempionatının (EURO 2020) qalibi olmuş Raspadori "Napoli" ilə 2023 və 2025-ci illərdə A Seriyası çempionluğu yaşamışdı.
İspaniya mətbuatının yazdığına görə, "Atletiko Madrid" bu transfer üçün ümumilikdə 30 milyon avro məbləğində təzminat ödəyəcək.
© Copyright 2025, All Rights Reserved