Mahir dubl etdi, oyunun ən yaxşısı seçildi, komandası məğlub oldu

"Nürnberq" Mahir Emrelinin dubluna rəğmən məğlub oldu.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Bundesliqa -2-nin 30-cu turunda "Paderborn"u qəbul edib. Matçda millimizin üzvü Mahir Emreli 2 qol vursa da, komandası 2-3 hesabı ilə məğlub olub. O, oyunun 2-ci və 90+3-cü dəqiqəsində fərqlənib.
Qeyd: Mahir 8.7 reytinqlə oyunun ən yaxşısı seçilib.
© Copyright 2025, All Rights Reserved