Mahir Emreli: "80-90 faiz hazıram"
Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya II Bundesliqasının 23-cü turunda səfərdə "Pröyssen Münster" üzərində 3:2 hesablı qələbə qazanıb. Emreli ürək sözlərini deyib.
90plus.az xəbər verir ki, zədə səbəbindən uzun müddət meydanlardan kənarda qalan azərbaycanlı forvard 88-ci dəqiqədə oyuna qoşulub. 29 yaşlı hücumçu qarşılaşmadan sonra “Der-betze-brennt” nəşrinə danışıb. Emreli daha çox şans qazanmaq istədiyini vurğulayıb:
“Mənim üçün asan olmayan bir mərhələ idi. Əvvəlcə son aylarda mənə dəstək olan və bərpa prosesində yanımda duran hər kəsə minnətdarlığımı bildirirəm. Hazırda özümü təxminən 85–90 faiz hazır sayıram. Motivasiyam isə tamdır. Daha çox oyun praktikası qazanmaq istəyirəm. Ümid edirəm ki, mövsümün qalan hissəsində bir neçə dəfə də fərqlənə biləcəyəm.”
Mahir Emreli 2025-ci ilin noyabrından etibarən “Kayzerslautern”in heyətində rəsmi matçlarda iştirak etmirdi.
© Copyright 2026, All Rights Reserved