Mahir Emreli: “Bəzən meydanda sükut olur, amma ürəkdə fırtına”

Mahir Emreli: “Bu, sadəcə futbol deyil, millət qarşısında bir məsuliyyətdir”.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli Macarıstanla keçirilən (1:2) yoldaşlıq oyunundan sonra sosial şəbəkə üzərindən emosional paylaşım edərək son oyunlardakı nəticələrlə bağlı azarkeşlərə səssiz, lakin təsirli mesaj ünvanlayıb.
Milli komandanın forması altında hər bir futbolçunun böyük məsuliyyət daşıdığını vurğulayan Emreli, meydanda bəzən səssizlik olsa da, ürəklərində fırtına qopduğunu qeyd edib:
“Bəzən meydanda sükut olur, amma ürəkdə fırtına. Bilirik, sizi sevindirə bilmirik. Hər oyundan sonra o baxışlar, o gözləntilər bizə çatır. Biz də susuruq. Çünki nəticə danışmır.”
O, milli formanı daşımağın təkcə idman deyil, eyni zamanda bir millət qarşısında məsuliyyət olduğunu bildirib:
“Bu formanı geyinən hər kəs bilir ki, bu, sadəcə futbol deyil. Bu, millət qarşısında bir məsuliyyətdir. Bu gün alınmırsa, sabah alınacaq.”
Emreli sözlərini azarkeşlərə təşəkkür və inam mesajı ilə tamamlayıb:
“Bu meydanda qalxana qədər susmayacağıq. Siz yanımızda olduqca, biz bu yoldan dönməyəcəyik.”
© Copyright 2025, All Rights Reserved