Mahir Emreli “Kayzerslautern”də meydana çıxa bilər
Uzun müddət zədəli olan Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün Almaniya 2-ci Bundesliqasında “Kayzerslautern” formasında meydana çıxa bilər.
90plus.az xəbər verir ki, 28 yaşlı hücumçunun adı 2-ci Bundesliqanın 23-cü turunda “Proyssen Munster”lə keçiriləcək səfər matçı üçün açıqlanan siyahıya daxil edilib. Emreli bu dəfə ehtiyat oyunçular arasında yer alır.
Oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Qeyd: Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı oyun zamanı zədə almış və uzun müddət komandadan kənarda qalmışdı. Bu mövsüm isə o, “Kayzerslautern”də 5 oyunda iştirak edib və 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved