Mahir Emreli "Nürnberq"də qalmayacaq

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasında növbəti dəfə klub dəyişəcək.
90plus.az xəbər verir ki, hazırda Almaniyanın II Bundesliqa təmsilçisi “Nürnberq”də çıxış edən 27 yaşlı forvardın bu komandada da uzun müddət qalması gözlənilmir.
Ötən ilin yayında Zaqreb “Dinamo”sundan “Nürnberq”ə transfer olunan Emreli məşqçilər korpusunun ümidlərini doğrulda bilməyib. Bundan əlavə, onun komanda yoldaşları ilə münasibətlərinin də ideal olmadığı bildirilir. Klub rəhbərliyi Mahiri qış transfer pəncərəsində göndərməyi planlaşdırsa da, hücum xəttini gücləndirmək üçün nəzərdə tutulan futbolçuların transferi baş tutmadığından, Emreli mövsümün sonuna qədər komandada qalacaq.
“Nürnberq” rəhbərliyi yay transfer dönəmində Azərbaycan millisinin üzvü ilə yolları ayırmağı düşünür. Onun klubla olan müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulsa da, "Nürnberq"in sözləşməni daha bir il uzatmaq imkanı var. Lakin klub bu hüquqdan istifadə etməyəcək və Mahir Emreli azad agent kimi komandadan ayrılacaq.
Mənbə: futbolinfo
© Copyright 2025, All Rights Reserved