Mahir Emreli oynadı, komandası uduzdu
Almaniyanın ikinci Bundesliqasında 25-ci turun görüşləri davam edir.
90plus.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” səfərdə “Bohum”la qarşılaşıb.
Emrelinin komandası rəqibinə 2:3 hesabı ilə uduzub. Mahir oyuna 83-cü dəqiqədə daxil olub, o vaxt hesab 3:2 idi.
“Kayzerslautern” hazırda 37 xalla turnir cədvəlində 7-ci sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved