Mahir Emreli sevgilisi ilə foto paylaşdı
Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi həyatı ilə bağlı yeni paylaşımı ilə diqqət çəkib.
90plus.az xəbər verir ki, hücumçu sosial şəbəkə hesabında sevgilisi Dilara Salimlə birgə çəkilmiş yeni fotolarını izləyiciləri ilə bölüşüb. Paylaşım qısa və sadə olub — Emreli fotoya yalnız ürək işarəsi əlavə edib.
Xatırlatma: Dilara Salim Türkiyə vətəndaşıdır. O, hazırda Almaniyada yaşayır və marketinq sahəsində fəaliyyət göstərir.
© Copyright 2026, All Rights Reserved