Mahir Emreli uzun müddət sonra qol vurdu
Mahir Emreli Almaniyada 2-ci Bundesliqada qol vurdu!
90plus.az xəbər verir ki, Emreli “Kayzerslautern”in heyətində “Karlsrue” ilə 3:0 hesablı qələbədə pay sahibi olub.
Hücumçumuz matça 83-cü dəqiqədə daxil olub və 90+4-cü dəqiqədə üçüncü qolu vurub, görüşün yekun hesabını müəyyənləşdirib.
Bu, Mahirin cari mövsümdə 2-ci Bundesliqada ilk qoludur. Emreli sonuncu dəfə bu mövsüm ötən ilin avqustunda Almaniya kubokunda fərqlənmişdi.
“Kayzerslautern 3 – 0 Karlsrue”
Turnir cədvəli:
Kayzerslautern – 40 xal (7-ci yer)
Karlsrue – 34 xal (8-ci yer)
© Copyright 2026, All Rights Reserved