Mahir Emrelinin komandası ilk turda uduzdu

2025/2026-cı il mövsümünə Almaniyanın 2-ci Bundesliqasında start verilib.
90plus.az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" ilk tur oyununu səfərdə keçirib.
Milli komandamızın hücumçusu "Hannover"ə qarşı görüşə əsas heyətdə başlayıb və 65-ci dəqiqədə əvəz olunub.
Bakı vaxtı ilə saat 15:30-da başlayan qarşılaşmada meydan sahibi komanda minimal hesabla üstün olub – 1:0.
Qeyd: Emreli ötən mövsüm də bu liqada – "Nürnberq"in heyətində çıxış etmişdi.
© Copyright 2025, All Rights Reserved