Mahir oynadı, komandası "Şalke"ni uddu

Almaniya II Bundesliqasında II turun qarşılaşmaları davam edir.
90plus.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" öz meydanında "Şalke" ilə üz-üzə gəlib. Start heyətində oyuna başlayan Emreli 72-ci dəqiqədə əvəzlənib. Görüş meydan sahiblərinin minimal – 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd: İlk turda məğlub olan "Kayzerslautern" bu qələbə ilə ilk 3 xalını qazanıb və turnir cədvəlində 10-cu pilləyə yüksəlib.
© Copyright 2025, All Rights Reserved