Maktominay Premyer Liqaya qayıdır
“Tottenhem” Skott Maktominayı transfer etmək istəyir.
90plus.az xəbər verir ki, “Tottenhem” qış transfer pəncərəsində “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominayı heyətinə qatmağı planlaşdırır.
Məlumata görə, şotland futbolçu Premyer Liqaya qayıtmağa müsbət yanaşır və bu keçidə açıqdır.
London təmsilçisi Maktominayı orta sahəni gücləndirmək üçün əsas namizədlərdən biri kimi görür.
Transferlə bağlı danışıqların yaxın günlərdə başlayacağı gözlənilir.
Qeyd: Skot Maktominay "Napoli"yə "Mançester Yunayted"dən keçib.
© Copyright 2025, All Rights Reserved