Mamardaşvili debütünü şərh etdi: “Xüsusi bir gün, yeni bir dövr”

Gürcü qapıçı Giorgi Mamardaşvili “Liverpul” forması ilə ilk rəsmi oyununu keçirib. O, bu hadisə ilə bağlı sosial media hesabında emosional paylaşım edib.
90plus.az xəbər verir ki, “Liverpul”un “Sauthempton” üzərində 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Mamardaşvili “Instagram” hesabında bunları yazıb:
“‘Liverpul’ üçün ilk rəsmi oyun. Xüsusi bir gün, yeni bir fəsil və bu formanı geyinmək bir şərəfdir. Göstərilən bütün dəstəyə görə minnətdaram.”
Mamardaşvilinin “Liverpul”dakı bu debütü uzun müddətdir gözlənilirdi. Onun “Valensiya”dan transferi 2024-cü ilin yayında razılaşdırılsa da, ötən mövsümü İspaniya klubunda icarə əsasında keçirmişdi.
23 yaşlı qolkiper yaxın illərdə braziliyalı ulduz Alissonu əvəzləyərək “Liverpul”un əsas qapıçısı olmağı hədəfləyir. Hələlik isə o, ehtiyat qapıçı rolundadır. Lakin “Sauthempton”la oyundakı çıxışı onun nə qədər etibarlı və potensiallı olduğunu bir daha göstərdi.
© Copyright 2025, All Rights Reserved