“Man Siti” Arda Gülerə görə Rodridən vaz keçər
“Mançester Siti” Arda Gülər üçün Rodrini təklif edə bilər.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin rəhbərliyi Rodri ilə bağlı çox gözlənilməz bir plan qurur. İspaniya mətbuatının məlumatına görə, klub “Real Madrid”in gənc ulduzu Arda Güləri transfer etmək üçün Rodrini qarşı tərəfə təklif etmə variantını nəzərdən keçirir.
Məlumata əsasən, Pep Qvardiola Arda Gülərin potensialını çox yüksək qiymətləndirir və onu komandasında görməkdə israrlıdır. Lakin “Real Madrid” gənc türk futbolçunu toxunulmaz sayır və bu cür mübadiləyə razılıq vermək niyyətində deyil.
“Madrid” klubunun rəhbərliyi Ardanın yaxın illərdə əsas heyətin vacib fiqurlarından birinə çevriləcəyinə inanır və bu səbəbdən də Rodri kimi elit səviyyəli futbolçu təklif olunsa belə, qərarlarını dəyişmək fikrində deyillər.
ℹ️ Mənbə: Defensa Central
© Copyright 2025, All Rights Reserved