“Man Siti” “Fulhem”i güclə uddu, Haaland 100 qolla rekorda çatdı
"Fulhem" ardıcıl 3 qol vursa da, "Şəhərlilər" qarşısında məğlubiyyətdən xilas ola bilmədi.
90plus.az xəbər verir ki, 14-cü turda Erlinq Haland Premyer Liqada 100-cü qolunu vurub və bu həddə ən tez çatan futbolçu olub.
Norveçli hücumçu yubiley qolunu oyunun 17-ci dəqiqəsində vurdu. Jeremi Dokunun ötürməsindən sonra topa birbaşa zərbə vuran Haaland hesabı açıb. Bununla o, cəmi 111 Premyer Liqa oyununda 100 qol həddinə çatdı — əvvəlki rekordçu Alan Şirer bu rəqəmə çatmaq üçün 13 oyun artıq keçirmişdi.
Bu qol Haalandın qısa “quraqlığını” da bitirdi — o, son üç oyunda fərqlənə bilməmişdi. Bu mövsümün 14 liqa oyununda onun artıq 15 qolu var idi və bu qarşılaşma həmin statistikaya yeni ton verdi.
Haaland “Mançester Siti”nin ikinci qoluna da assist etdi — topu irəli çıxaran hücumçu Tijani Reyndersə ötürmə verdi və o, Bernd Lenonu üstələyib topu tora göndərdi.
Fulhem 4-5 Man Siti
Haland 17'
Reijnders 38'
Foden 37' 48'
Rove 45+2'
Doku 54'
İvobi 57'
Chukvueze 72' 78'
Qollar:
https://t.me/doxsanplus/111669
https://t.me/doxsanplus/111672
https://t.me/doxsanplus/111678
"Mançester Siti" lider "Arsenal" ilə xal fərqini 2-ə endirdi. "Arsenal" bir oyun az keçirib.
“Fulhem” isə hazırda düşmə zonasından 6 xal yuxarıdadır, lakin bir oyun artıq keçirib.
© Copyright 2025, All Rights Reserved