“Mançester Siti” məğlub oldu, seriya bitdi!

Erlinq Haaland İPL-dəki 100-cü matçında qol vursa da, komandası məğlub oldu.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 3-cü turunda "Şəhərlilər" səfər məğlubiyyəti yaşadılar:
Brayton 2-1 Man Siti
E. Haaland 34'
Milner 67'
B. Gruda 89'
Qollar:
https://t.me/doxsanplus/106982
https://t.me/doxsanplus/106984
https://t.me/doxsanplus/106986
Pep Qvardiolanın komandası ardıcıl ikinci dəfə məğlub oldu – ötən tur “Tottenhem”ə evdə 0:2 uduzmuşdular. “Brayton” isə mövsümdə ilk liqa qələbəsini böyük sevinclə qeyd etdi.
Seriya qırıldı!
"Mançester Siti"nin Rodri ilə start götürdüyü son 50 Premyer Liqa oyununda uduzmamışdı.
5 fevral 2023-dən (“Tottenhem”ə qarşı) sonra “Şəhərlilər” Rodrinin əsas heyətdə başladığı liqa oyununda ilk dəfə uduzdular!
”Man Siti”nin ulduzu Rodri “Brayton” məğlubiyyətindən sonra:
“Mən Messi deyiləm ki, qayıdım və təkbaşına komandaya ard-arda qələbələr qazandırım.
Futbol kollektiv oyundur. Keçmişdə qalib gələndə də mən bütün komanda yoldaşlarımın dəstəyinə ehtiyac duyurdum.
Əlbəttə, öz formama qayıtmalı və ən yaxşı səviyyəmə çatmalıyam. Amma yalnız mənim qayıdışımla hər şey dəyişməyəcək. Bu komanda işidir. Ümid edirəm, fasilədən sonra daha güclü dönəcəyik” (BBC).
© Copyright 2025, All Rights Reserved