“Man Siti” Qrilişi icarəyə yolladı

“Everton” Cek Qrilişin icarəsi üçün “Mançester Siti” ilə anlaşdı.
90plus.az xəbər verir ki, “Everton” ingiltərəli yarımmüdafiəçi Cek Qrilişi “Mançester Siti”dən icarəyə götürmək üçün razılıq əldə edib.
Fabrizio Romanonun məlumatına görə, müqavilə 2025-ci ilin iyun ayına qədər qüvvədə olacaq və birbaşa satınalma bəndini əhatə edəcək. Bu məbləğ 50 milyon funt sterlinq təşkil edəcək.
29 yaşlı futbolçu “Everton”u müntəzəm oyun praktikası qazanmaq və klubun irəliyə dönük iddialı layihəsi səbəbindən seçib.
© Copyright 2025, All Rights Reserved