“Man Siti” udub lider oldu, Haaland Ronaldonu ötdü
İngiltərə Premyer Liqasının 17-ci turunda “Mançester Siti” doğma meydanda “Vest Hem”i 3:0 hesabı ilə məğlub edib, "Arsenal"ı ötdü və liderliyə yüksəldi!
90plus.az xəbər verir ki, görüşün əsas qəhrəmanı Erlinq Haland olub. Norveçli hücumçu matçın 5-ci və 69-cu dəqiqələrində fərqlənərək dubl edib. Digər qolu isə 38-ci dəqiqədə Ticani Reinders vurub.
Bu qarşılaşmada vurduğu ilk qolla Haland Premyer Liqadakı ümumi qol sayını 103-ə çatdıraraq Kriştiano Ronaldonun göstəricisini təkrarlayıb. Daha sonra isə ikinci qolu vuraraq portuqaliyalı ulduzu geridə qoyub. Hazırda Halandın Premyer Liqadakı balansı 104 qol / 114 oyun, Ronaldonun isə 103 qol / 236 oyundur.
Beləliklə, “Mançester Siti”nin hücumçusu bunu Ronaldodan 122 oyun az keçirərək bacarıb:
Man Siti 3 - 0 Vest Hem
E. Haaland 5’ 69’
T. Reinders 38’
Qollar: https://t.me/doxsanplus/112620
© Copyright 2026, All Rights Reserved