“Man Siti”dən Donarumma üçün 30 miyonluq təklif

Məşhur italiyalı idman jurnalisti Alfredo Pedullanın məlumatına görə, “Mançester Siti” qapıçı Canluici Donnarummanın transferi üçün PSJ-yə 30 milyon avroluq təklif hazırlayır.
90plus.az xəbər verir ki, tərəflərin yaxın günlərdə razılığa gəlməyə çalışacağı bildirilir.
26 yaşlı italiyalı qapıçının Paris klubu ilə müqaviləsinin başa çatmasına 1 il qalıb və PSJ onun gələn yay azad agent kimi itirilməsindənsə, indi satılmasına daha meyllidir.
Donnarumma artıq şəxsi şərtlər üzrə “Mançester Siti” ilə anlaşma əldə edib. Hazırda yalnız transfer məbləği ilə bağlı müzakirələr davam edir. PSJ ilkin mərhələdə 50 milyon avro tələb etsə də, İngiltərə çempionu daha aşağı qiymətə razı salmağa çalışır.
Müqavilənin tamamlanması “Siti”nin hazırkı qapıçısı Edersonun gələcəyindən asılıdır.
Braziliyalının “Qalatasaray”ın hədəfində olduğu bildirilir. Əgər Ederson klubdan ayrılsa, Donnarummanın Premyer Liqa çempionuna keçidi üçün yol açılacaq.
© Copyright 2025, All Rights Reserved