“Man Siti”nin futbolçusu hərbi düşərgədə məşq edir

Yoşko Qvardiol Xorvatiyada hərbi düşərgədə: liderlik bacarıqlarını sınağa çəkir.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol mövsümlərarası fasiləni fərqli və maraqlı şəkildə dəyərləndirir. 23 yaşlı futbolçu hazırda Xorvatiyada yerləşən “Commando Squad 9” adlı hərbi düşərgədədir.
Qvardiol 3 günlük intensiv proqram çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin gündəlik rejimində iştirak edir. Burada o, psixoloji dözümlülük, fiziki hazırlıq və ekstremal şəraitlərdə qərarvermə bacarıqları üzrə təlimlərə qatılıb.
Düşərgənin əsas məqsədi iştirakçıların liderlik və komandirlik qabiliyyətlərini inkişaf etdirməkdir. Gənc müdafiəçi də bu təcrübə ilə həm özünü sınağa çəkir, həm də meydandakı lider rolunu daha da gücləndirmək niyyətindədir.
Qeyd: Qvardiol 2024/25 mövsümündə “Mançester Siti”nin əsas heyətində sabit çıxış edərək, Premyer Liqanın ən etibarlı mərkəz müdafiəçilərindən biri kimi dəyərləndirilirdi.
Onun bu qeyri-adi yay proqramı həm fiziki, həm də mənəvi hazırlıq baxımından yeni mövsümə mükəmməl hazırlıq kimi qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved