“Man Yunayted” 1 əlində 5 qarpız tutub
“Mançester Yunayted” ötən yay “Brayton”un futbolçusu Karlos Baleba və “Atletiko Madrid”in yarımmüdafiəçisi Konor Qellegerlə maraqlanıb, lakin hücumçulara - Brayan Mbeumo, Mateus Kunya, Benjamin Şeşko və qapıçı Senne Lammens üçün 230 milyon funt sterlinq xərclədikdən sonra keçidi reallaşdırmaq mümkün olmayıb.
90plus.az xəbər verir ki, “Qırmızı şeytanlar” hazırda “Nottingem Forest”dən Elliot Anderson və “Kristal Palas”dan Adam Uorton kimi yarımmüdafiəçiləri izləyirlər.
Daily Mail xəbər verir ki, “Mançester Yunayted” həmçinin “Volvs”un yarımmüdafiəçisi Joao Qomesi də nəzarətdə saxlayır.
Qomes 2023-cü ildə 18 milyon avroya “Flamenqo”dan “Volvs”a qoşulub. O vaxtdan bəri 103 matça çıxıb, 7 qol vurub və 4 qol ötürməsi verib. Bu mövsüm isə “Volvs”un heyətində 14 oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Dünya Çempionatı yaxınlaşdığı üçün “Yunayted” beynəlxalq arenada yaxşı çıxış edən futbolçuların qiymətinin bahalaşmasının qarşısını almaq məqsədilə turnirdən əvvəl yeni yarımmüdafiəçi transferini həll etmək istəyir. Bu strategiya klubu daha gənc və inkişaf etməkdə olan futbolçulara – daha sərfəli alternativlərə – yönəldə bilər.
© Copyright 2025, All Rights Reserved