“Man Yunayted” autsayderlə bacarmadı
“Vulverhempton” məğlubiyyət seriyasına son qoydu, “Mançester Yunayted” isə “Old Trafford”da fitə basıldı.
90plus.az xəbər verir ki, “Vulverhempton” Premyer Liqada ardıcıl 11 məğlubiyyətlik seriyasına son qoydu, baş məşqçi Rob Edvards isə komandanın sükanı arxasında ilk xalını qazandı. Onun komandası “Old Trafford”da azarkeşlərin fitə basdığı, məyusedici “Mançester Yunayted”i heç-heçə saxladı.
Zədələr və milli komandaya çağırışlar səbəbindən səkkiz əsas futbolçusundan məhrum olan “Yunayted” 56% topa sahib olma və 16 zərbə ilə cəmi 1 qol vura bildi:
Mançester Yunayted 1 - 1 Vulverhempton
C. Zikrzee 27’
Krejci 45’
Qollar: https://t.me/doxsanplus/112928
Bu nəticə “Vulverhempton” üçün mövsümdə üçüncü heç-heçə və üçüncü xal oldu. Oktyabrın 5-dən bəri ilk xalını qazanan komanda hələ də təhlükəsiz zonadan 15 xal geri qalır və bu nəticə onların Premyer Liqada qalmaq şanslarını ciddi şəkildə artırmır.
“Mançester Yunayted” üçün isə bu oyun mövsüm boyu yaşanan çoxsaylı problemlərin növbəti göstəricisi oldu. Bu nəticə Ruben Amorimin komandasının 2025-ci ili sensasion şəkildə dördüncü pillədə bitirmək ümidlərini puç etdi – “qırmızı şeytanlar” altıncı yerdə qalır:
6. Man Yunayted - 30 xal
20. Volves - 3 xal.
© Copyright 2026, All Rights Reserved