“Man Yunayted” Ceydon Sanço ilə ayrılacaq

“Mançester Yunayted” Ceydon Sanço ilə yolları ayırır.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” ingiltərəli vinger Ceydon Sanço ilə müqaviləni yeniləməməyi qərara alıb. Klub oyunçunun 2026-cı ilə qədər olan müqaviləsini uzatmayacaq və gələn yay onun pulsuz olaraq komandadan ayrılmasına razılıq verəcək. Bu barədə TEAMtalk məlumat yayıb.
25 yaşlı futbolçu hazırda “Aston Villa”da icarə əsasında çıxış edir. Sanço 2021-ci ildə Dortmund “Borussiya”sından “Mançester Yunayted”ə transfer olunmuş və 5 illik müqavilə imzalamışdı.
Müqavilə detallarına görə, “Yunayted”in 1 illik opsionu mövcud idi və bu, müqavilənin 2027-ci ilə qədər uzadılmasına imkan verirdi. Lakin klub bu hüquqdan istifadə etməyəcək.
Beləliklə, Sançonun karyerasında yeni mərhələ açılacaq və gələn yay onun üçün yeni komanda axtarışları başlayacaq.
© Copyright 2025, All Rights Reserved