“Man Yunayted” Joao Qomesi nişanlayıb
“Mançester Yunayted” "Volves"un yarımmüdafiəçisi Joao Qomesi komandasına qatmağı hədəf kimi müəyyən edib.
90plus.az xəbər verir ki, bu addım baş məşqçi Ruben Amorimin heyəti yenidən formalaşdırmaq planlarının bir hissəsi hesab olunur.
Braziliyalı futbolçu "Volves"a qoşulduqdan sonra oyun baxımından əhəmiyyətli dərəcədə irəliləyib və "Yunayted" onu "Brayton"dan Karlos Baleba və "Nottingem Forest"dən Elliot Anderson kimi oyunçularla müqayisədə daha əlverişli maliyyə variantı kimi görür. Hər iki rəqib oyunçunun transferi hazırda çox bahadır.
Portuqaliya mətbuatı Record xəbər verir ki, Joao Qomesin Old Trafforda gətirilməsi üçün təxminən 50 milyon avro kifayət edə bilər.
Amorim isə transferin tərəfdarıdır və Qomesin onun təzyia sisteminə problemsiz inteqrasiya oluna biləcək bir oyunçu olduğunu düşünür. O, mərkəzdə tarazlıq, müdafiə dayanıqlığı və hərəkətlilik təmin edərək komandanın stabillik çatışmazlığını aradan qaldıra bilər.
© Copyright 2026, All Rights Reserved