"Man Yunayted" kapitanı ilə müqavilə uzatdı
"Mançester Yunayted" Harri Maquayrla müqaviləni uzatdı.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisi "Mançester Yunayted" müdafiəçisi Harri Maquayr ilə müqaviləni uzadıb.
Klubun yaydığı açıqlamada 33 yaşlı futbolçunun yeni müqaviləsinin 2027-ci ilin iyun ayına qədər qüvvədə olacağı bildirilib. Razılaşmada əlavə olaraq 1 illik uzatma opsiyasının da yer aldığı qeyd olunub.
Harri Maquayr karyerası ərzində "Şeffild Yunayted", "Hall Siti", "Viqan" və "Lester Siti" kimi klublarda çıxış etdikdən sonra 2019-cu ildə "Mançester Yunayted"ə transfer olunub.
İngiltərə millisinin üzvü olan müdafiəçi "Mançester Yunayted" forması ilə indiyədək 266 oyunda meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved