“Man Yunayted” niderlandlı Summervilli alır
“Mançester Yunayted” Niderlandın cinah oyunçusunu transfer etmək istəyir.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün yeni namizəd müəyyənləşdirib.
Bu barədə jurnalist Devid Ornşteyn məlumat yayıb.
Mənbənin iddiasına görə, İngiltərə nəhəngi “Vest Hem”in cinah hücumçusu Krisensio Summervillə ciddi maraq göstərir. 23 yaşlı niderlandlı futbolçu “qırmızı şeytanlar”ın bu mövqe üçün dəyərləndirdiyi əsas namizədlərdən biri hesab olunur.
Bildirilir ki, “Mançester Yunayted” artıq futbolçunun vəziyyəti ilə bağlı ilkin sorğu göndərib. “Vest Hem”in isə Summervillin transferi üçün təxminən 50 milyon funt sterlinq (58 milyon avro) tələb edəcəyi gözlənilir.
Xəbərdə qeyd olunur ki, bu transferin reallaşması böyük ölçüdə Markus Reşfordun gələcəyindən asılı olacaq. “Barselona” onun icarə müqaviləsində yer alan 30 milyon avroluq satınalma bəndini aktivləşdirməyib və futbolçunun icarə müddəti bazar ertəsi başa çatıb.
© Copyright 2026, All Rights Reserved