“Man Yunayted” ona rekord məbləğ təklif edir

“The Guardian”ın məlumatına görə, “Mançester Yunayted” “Brayton”un kamerunlu yarımmüdafiəçisi Karlos Balebanı transfer etməkdə maraqlıdır və əgər “Brayton”u futbolçunu satmağa razı sala bilsələr, Afrika futbolçusu üçün rekord transfer məbləği ödəmələri gözlənilir.
90plus.az xəbər verir ki, Baleba ötən mövsümdə göstərdiyi oyunla diqqət çəkib və “Yunayted” tərəfindən mərkəz yarımmüdafiədə uzunmüddətli həll variantı kimi müəyyənləşdirilib. Onun “Brayton”la müqaviləsinin başa çatmasına hələ üç il var, klubun isə əlavə bir il uzatma opsionu mövcuddur.
Futbolçuya yaxın mənbələr yarımmüdafiəçinin razılaşma əldə olunarsa, “Mançester Yunayted”ə keçmək istədiyini bildirir. Lakin “Brayton” Balebanı satmaq niyyətində deyil. Xəbərlərdə bildirilir ki, transfer baş tutsun deyə təklif hazırkı Afrika transfer rekordunu — 72 milyon funtu — xeyli aşmalıdır. Bəzi mənbələr bu məbləğin 100 milyon funtu keçə biləcəyini və bununla da dünya futbolunun ən parlaq istedadlarından birini almağın mümkün olacağını iddia edir.
“Yunayted”in Baleba planı, görünür, bir neçə hücumçunu satmaqdan asılı olacaq. “Çelsi” ilə Alexandro Qarnaço barədə danışıqlar davam edir, “Milan” isə Rasmus Hoylunda maraq göstərir. Klub həmçinin yüksək maaş alan Ceydon Sanço və Antoni ilə yollarını ayırmağa çalışır.
Yay transfer pəncərəsində Benjamin Şeşko, Matteuş Kunya və Brian Mbeumo kimi hücumçulara 200 milyon funtdan çox xərcləməsinə baxmayaraq, “Mançester Yunayted” diqqətini yarımmüdafiəni gücləndirməyə yönəldib.
© Copyright 2025, All Rights Reserved