“Man Yunayted” qapıçı ilə razılaşdı!

Eksklüziv: “Mançester Yunayted” Tom Hitonla yeni müqavilə barədə razılığa gəlib.
90plus.az xəbər verir ki, "Mançester Yunayted” ingiltərəli qolkiperlə yeni müqavilə razılaşdırılıb və o, 2026-cı ilin iyun ayına qədər “Old Trafford”da qalacaq.
Müqavilənin uzadılması qərarı Ruben Amorim və məşqçi heyəti ilə məsləhətləşmələrdən sonra verilib. Klub rəhbərliyi təcrübəli qapıçıya güvənməyə davam edir və onun komanda daxilindəki rolunu vacib hesab edir.
Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Xəbəri transfer mütəxəssisi Fabrizio Romano yayıb.
© Copyright 2025, All Rights Reserved