“Man Yunayted” Reşforda görə “Barsa” ilə razılaşmadı
“Mançester Yunayted” klubu “Barselona”nın Markus Reşford üçün etdiyi son təklifi rədd edib.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunu yenidən icarə əsasında heyətinə qatmaq istəyib. Lakin İngiltərə klubu bu variantla razılaşmayıb və yalnız futbolçunun birdəfəlik transferi ilə bağlı təklifləri nəzərdən keçirdiyini bildirib.
Bildirilir ki, “Mançester Yunayted” Reşford üçün təxminən 26 milyon funt-sterlinq məbləğində daimi transfer tələb edir. Klub daxilində isə futbolçunun dəyərinin daha yüksək – təxminən 50 milyon funt olduğu düşünülür.
Rəhbərlik hesab edir ki, əgər “Barselona” futbolçunu birdəfəlik transfer etmək istəməsə, digər klublar oyunçuya maraq göstərə və daha yüksək məbləğ təklif edə bilər.
© Copyright 2026, All Rights Reserved